“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda klubu tərk edəcəyini açıqlayıb. Qazaxıstan mətbuatına açıqlama verən millimizin üzvü bunları söyləyib: “Bəli, mən “Qarabağ”ı tərk edirəm. Artıq məni “Astana”ya da heç nə bağlamır. 3-4 ay öncə bu klubla müqaviləmə xitam vermişəm”. Braziliyalı futbolçu hansı kluba keçəcəyi haqda heç bir məlumat verməyib: “Agentim bir neçə klubla danışıqlar aparır, amma mən hələ qərar verməmişəm. İndi istirahət edirəm, bir neçə gündən sonra qərar qəbul edəcəyəm. İndiki məqamda Qazaxıstan variantından söhbət gedə bilməz. Bu ölkədən heç bir klub mənimlə əlaqə saxlamayıb”.